Xəzər Xəbər

VİDEO: Türkiyə polis idarəsinə silahlı hücum olub, atışma gedir

Veb TV | 16:45 • 10 Yanvar 2017
VİDEO: Türkiyə polis idarəsinə silahlı hücum olub, atışma gedir

Türkiyənin Qaziantep şəhərində Polis İdarəsinin qarşısında atışma olub.

 "Habertürk"ün verdiyi məlumata görə, şəhərin İncilipınar məhəlləsində yerləşən İdarənin önündə yerli vaxtla saat 15:15-də atəş səsləri eşidilib.

Təxminən 10 dəqiqə davam edən atışmadan sonra əraziyə təcili tibbi yardım briqadaları cəlb olunub.

Poli İdarəsinin qarşısında bir terrorçunun yerdə hərəkətsiz vəziyyətdə qaldığı bildirilir. Daha bir iddiaya görə, içəri daxil olmağa çalışan bir terrorçu öldürülüb.

Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Xəbər lenti