Xəzər Xəbər

VİDEO: 2008-ci ilin maşınına 2005-ci ilin cəriməsi gəlib

Veb TV | 20:11 • 10 Yanvar 2017
VİDEO: 2008-ci ilin maşınına 2005-ci ilin cəriməsi gəlib

2008-ci ildə istehsal olunan avtomobil 2005-ci ildə radara düşüb.

Xezerxeber.az məlumat verir ki, Bakı sakini Anar Ramazanov, aldığı avtomobili adına keçirmək üçün onun köhnə sahibi  ilə birlikdə Baş Dövlət Yol Polisi  idarəsinə yaxınlaşıb. Ona avtomobilin adında cərimə olduğu deyilib və alqı-satqının həyata keçirilməsi üçün cərimənin ödənilməsi şərt kimi göstərilib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevlə əlaqə saxladıq. Məlum oldu ki, problem, texniki səhv ucbatından baş verib. Nadir hallarda min sürücüdən birininin başına belə bir hadisə gəlir. Əslində, avtomobilin əvvəlki sürücüsü 2012-ci ildə radara düşüb. Cərimənin müddəti bitdiyinə görə məsələ öz həllini tapıb. Daha dəqiq desək, artıq sistem belə bir cərimənin mövcud olmadığını göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar