Xəzər Xəbər

VİDEO: "Ötən il maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır"

Veb TV | 19:50 • 10 Yanvar 2017
VİDEO: "Ötən il maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır"

Ölkəmizdə sabitliyin mənbəyi xalqın iradəsi və onun seçimidir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında belə deyib. Dövlət başçısı bildirib ki, ötən il Azərbaycanda dərin iqtisadi islahatlar həyata keçirilib. Prezident 2017 - ci ili isə İslam həmrəyliyi ili elan edib.

Prezident İlham Əliyev 2016-cı ildə dünyada və regionda təhlükələrin artdığını, qanlı müharibələrin davam etdiyini, hətta yeni münaqişə ocaqlarının yarandığını, iqtisadi inkişafla bağlı vəziyyətin də ağırlaşdığını deyib. Amma bütün bunlara baxmayaraq Azərbaycan öz inamlı inkişafını davam etdirib, təhlükəsizlik tədbirləri təmin olunub, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşayıb. Ağır qlobal iqtisadi proseslər fonunda yaranan çətinliklərə baxmayaraq Azərbaycan böhranlı vəziyyətdən çıxış yolu tapıb.

Dövlət başçısı bildirib ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da, qeyri-neft sənayesində 5, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunub. 2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi ki, buna da nail olunb. Ötən il sosial məsələlərin həlli yenə də diqqət mərkəzində olub, maaşlar 7, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Ölkəyə valyuta axınını təmin edən sahələrin inkişafı üçün zəruri adımlar atılıb. 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb.

2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunan Prezident İlham Əliyev əks-hücum əməliyyatı nəticəsində ordumuzun düşmənə sarsıdıcı zərbələr vurduğunu və minlərlə hektar torpağın işğaldan azad edildiyini bildirib.

Prezident İlham Əliyev yekun nitqində inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlərin həyata keçirildiyini, bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini bildirib. Dövlət başçısı qarşıdakı illərdə paytaxtda iki minə yaxın sosial mənzilin inşa olunacağını və Bakıda köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikintisinə start verildiyini xüsusi qeyd edib. 

Dövlər başçısı əlavə edib ki, bu il ərzində  inflyasiyanın birrəqəmli olması, bank sektorunun sağlamlaşdırılması ilə bağlı geniş tədbirlər görüləcək.

Prezident İlham Əliyev 2017-ci ildə Bakının bir sıra beynəlxalq tədbirlərə, həmçinin İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini deyərək bunun əhəmiyyətini xüsusi vurğulayıb.

 

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar