Xəzər Xəbər

VİDEO: Tələbə kreditindən yararlananların sayı artacaq - YENİLİK

Veb TV | 20:10 • 10 Yanvar 2017
VİDEO: Tələbə kreditindən yararlananların sayı artacaq - YENİLİK

Ödənişsiz oxuyan tələbələr də təhsil krediti ala biləcək.

Xezerxeber.az məlumat verir ki, "Maarifçi" Tələbə Kredit Fondunda dövlət hesabına  təhsil alan tələbələr üçün də kreditlərin ayrılması nəzərdə tutulur. Başqa sözlə, tələbələr sadəcə təhsil haqlarını ödəmək üçün deyil, digər ehtiyacları üçün də təhsil krediti götürə bilərlər. Məsələ fondun iclaslarında müzakirəyə çıxarılacaq və  bundan sonra  bu kreditlərin verilməsinə başlanılacaq.

Üstəlik təhsil kreditinin əhatə etdiyi universitetlərin də sayı artırılır və özəl universitetlərin də tələbələri bu kreditlərə müraciət edə biləcək. Hazırda təhsil kreditləri sadəcə 10 dövlət universitetinin tələbələrinə verilir.

Təhsil krediti verilərkən ailənin gəlirləri də nəzərə alınır. kreditlər tələbə universiteti bitirib 1 il ərzində işlə təmin olduqdan sonra 5 il müddətində qaytarılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar