Xəzər Xəbər

VİDEO: Avtomobilini etibarnamə ilə tanışına verdi, başına iş açdı

Veb TV | 20:03 • 10 Yanvar 2017
VİDEO: Avtomobilini etibarnamə ilə tanışına verdi, başına iş açdı

Avtomobilini etibarnamə ilə 2 aylıq müddətə tanışına verən Natiq Camalov onun cərimələrini ödəmək məcburiyyətində qalıb. Səbuhi Cəfərov adlı tanışı həmin müddətdə yazılmış cəriməni ödəməkdən imtina edir.

Xezerxeber.az məlumat verir ki, bir ildir ödənməyən cərimələrin üzərinə faiz gəlib və 400 manatı keçib. Nəticədə avtomobilə yol polisi tərəfindən həbs qoyulub. İndi Natiq Camalov avtomobilini nə sürə bilir, nə də cəriməsini ödətdirə bilir.

Ekspert Ərşad Hüseynov da cəriməni avtomobil sahibinin yox, etibarnamə ilə müvəqqəti sürən şəxsin ödəməli olduğunu deyir. Sahibi isə məhkəməyə müraciət edərək cərimənin məbləğini və əlavə xərclədiyi pulları da həmin şəxsdən tələb edə bilər.

Baş Dövlət Yol Polis İdarəsindən isə bildirilir ki, belə hallarda hüquqi şəxslər cəriməsini qanunla ödətdirir, fiziki şəxslər isə qarşı tərəflə danışıqlar yolu ilə məsələni aralarında həll edə bilir. Əks halda isə avtomobil sahibi cəriməni ödəməsə nəqliyyat vasitəsinə həbs qoyulur. Ümumiyyətlə isə cəriməsini ödəməkdən yayınanlar sürücülük hüququndan məhrum edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı viideomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar