Xəzər Xəbər

VİDEO: Bakıda silahlı şəxs tutulub

Veb TV | 19:57 • 10 Yanvar 2017
VİDEO: Bakıda silahlı şəxs tutulub

Bakıda silahlı şəxs saxlanılıb.

Xezerxeber.az bildirir ki, Binəqədi rayon polis idarəsinə, binəqədi qəsəbəsində yaşayan Mübariz Meybullayevin evində odlu silah olmasi  barədə  məlumat  daxil olub.

Polis dərhal əməliyyat-axtarış tədbirləri ilə Mübariz Meybullayevi saxlayıb. Onun yaşadığı evə baxış zamanı odlu silah hesab edilən TOZ-8 markalı silahı aşkar edərək götürüb. Dindirmə zamanı həm də narkotik maddə aludəçisi olan Mübariz həmin silahı bir neçə ildir evində saxladığını etraf edib. Qeyd edək ki, əvvəllər də o, qəsdən adam öldürmə cinayətinə görə 14 il azadlıqdan məhrum edilib.

Binəqədi polisi bundan başqa adıçəkilən qəsəbədə Mirzəkərim Yaqubova məxsus mağazadan xeyli sayda mobil telefon oğurlayan Yaşar Ziyadovu da saxlayıb. Oğurluqdan ilk xəbəri mağazada satıcı işləyən Tərlan Babazadə səhər işə gələndə xəbər tutub.

Oğurluq mobil telefonlar, Yaşar Ziyadovdan aşkar edilərək zərərçəkmiş mağaza sahibinə qaytarılıb. Yaşar Ziyadov oğurladığı  pulları  isə xərcləyib..Hər iki faktla bağlı müxtəlif maddələrlə cinayət işi başlanıb, istintaq gedir.

Paytxatın Xətai rayonu Məhəmməd Hadi küçəsində isə pərdə mağazasından oğurluq edən şəxs müşahidə kamersına düşüb. Özünü müştəri kimi qələmə verib mağazaya girən şəxs, digər otaqlara baxış keçirib ətrafa göz gəzdirdikdən sonra stolun üstündəki planşeti götürüb çıxır. Satıcı isə qapının səsini eşitdikdən sonra baxır ki, planşeti oğurlanıb. İndi Xətai polisi görüntülər əasasında həmin şəxsi axtarır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

 

 

Xəbər lenti

Çox oxunanlar