Xəzər Xəbər

VİDEO: “Beşmərtəbə”də qoyulan yeni yol nişanı ləğv edildi

Veb TV | 19:44 • 10 Yanvar 2017
VİDEO: “Beşmərtəbə”də qoyulan yeni yol nişanı ləğv edildi

Paytaxtın Yasamal rayonu Beşmərtəbə dairəsi kimi tanınan əraziyə bir müddət əvvəl qoyulmuş Stop nişanı götürülüb.

Xezerxeber.az məlumat verir ki, günün pik saatlarında Azərbaycan prospektində hərəkət sıxlığı nəzərə alınaraq, Cəfər Cabbarlı küçəsindən gələn nəqliyyat vasitələri üçün dairəyə yaxınlaşarkən "dayanmadan keçmək qadağandır" nişanı qoyulub.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, sıxlığın qarşısını almaqda effekt vermədiyi üçün dəyişiklik ləğv edilib.

Təklif ondan ibarətdir ki, Azərbaycan prospektindən Beşmərtəbə dairəsinə yaxınlaşan avtomobillər üçün bir hərəkət zolağı çəkilə bilər. Əgər bu alınsa, Bakı Şəhər Dövlət Yol polis idarəsi əvvəlcədən sürücüləri məlumatlandıracaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti

Çox oxunanlar