Xəzər Xəbər

VİDEO: Məktəblərdə istilik problemi davamiyyətə təsir edir

Veb TV | 19:47 • 10 Yanvar 2017
VİDEO: Məktəblərdə istilik problemi davamiyyətə təsir edir

Paytaxtın Sabunçu rayonunda Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbdə istilik sistemi işləmir.

Valideynlər xezerxeber.az-a deyir ki, bu vaxta qədər belə problem olmayıb. Ancaq dekabr ayından məktəbə istilik verilmir. Nəticədə də şagirdlər arasında xəstələnib dərsə gəlməyənlər çoxalıb.

Məktəbin direktoru Əlislam Abbasquluyev isə deyir ki, problemlə bağlı Azəriqaz istehsalat birliyi və "Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyətinə məktubla müraciət edilib və istilik verilib. Ancaq müşahidə zamanı istiliyin aşağı səviyyədə olduğunu gördük.

Məktəbi istiliklə təmin edən 175 nömrəli qazanxanadan isə bildirdilər ki, problemin səbəbi qazın təzyiqinin aşağı olmasıdır.

Azəriqaz İstehsalat Birliyinin Mətbuat xidmətinin rəisi İbrahim Kərbalıyev deyir ki, qazanxaya yaxınlıqdakı evləri də təmin edən xəttdən qaz verilir. Ona görə də qazın təzyiqini artırmaq mümkün deyil.

"Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyətinə texniki şərt verilib ki, həmin xətti özlərinə məxsus qaz xəttinə qoşsunlar.

"Azəristiliktəchizat" Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmərinin rəhbəri Rafiq Əliyev bildirdi ki, Azəriqaz istehsalat birliyindən qaz xəttinin çəkilməsi üçün rəy yeni qazanxana tikiləndə alınır. Bu qazanxana isə köhnə olduğundan hansı qaz xəttinə qoşulubsa oradan da qidalanır.

Qazın artırılmasını Azəriqaz İstehsalat Birliyi həyata keçirməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

 

 

Xəbər lenti

Çox oxunanlar