Xəzər Xəbər

VİDEO: Bank sektoru ilə bağlı əlavə tədbirlər görüləcək

Veb TV | 19:59 • 11 Yanvar 2017
VİDEO: Bank sektoru ilə bağlı əlavə tədbirlər görüləcək

Ötən il ölkə iqtisadiyyatına ən böyük zərbəni bank sektoru vurub.

Xezerxeber.az məlumat verir ki, Prezident İlham Əliyev 2016-cı ilin yekunlarına həsr olunmuş müşavirədə belə deyib. Dövlət başçısı bildirib ki, bank sektorunun sağlamlaşdırılması üçün  görülən işlər bu il də davam etdiriləcək. Prezident qarşıda duran vəzifələrdən danışarkən tikinti sektorunun inkişafı və yaxın gələcəkdə görüləcək işləri xüsusi vurğulayıb. Beynəlxalq layihələrin icrasından da danışan  dövlət başçısı Azərbaycana təzyiq göstərmək istəyən dairələri sərt tənqid edib.

Neftin qiyməti kəskin şəkildə aşağı düşməsi fonunda belə Azərbaycan öz valyuta ehtiyyatlarını qorumağı bacarıb. Amma bununla bilə baş verən hadisələr Azərbaycan iqtisadiyyatına da mənfi təsirlərini göstərib.

Prezident İlham Əliyev bildirib ki, ölkədə bank sektorunun sağlamlaşdırılması üçün bir sıra adımlar atılıb. Amma bu tədbirlərin davam etdirilməsi zəruridir.

Ötən il tənəzzül prosesinin getdiyi sahələrdən biri də tikinti sektoru olub. Elə buna görə də  bu sahə ilə bağlı böyük layihələr həyata keçirləcək. Prezident bildirib ki, artıq tikinti üçün yeni ərazilərin ayrılmasına ciddi nəzarət ediləcək. İş adamlarına verilən təklif ondan ibarətdir ki, mövcud köhnə binaların yerində yeni binalar inşa etsinlər. Təbii ki, bu sakinlərin razılığı əsasında həyata keçirilməlidir. Nəticədə həm həmin sakinlər daha yaxşı mənzil şəeraiti əldə edir, həm mənzil fondu genişlənir, həm də çoxlu sayda yeni iş yeri açılır.

Prezident beynəlxalq böhrana baxmayaraq qlobal iqtisadi layihələrin icrasının da davam edəcəyini deyib. Şimal cənub  dəhlizi ilə bağlı Azərbaycan üzərinə düşən öhdəliyi yerinə yetirib. Cənub qaz dəhlizi layihəsini də reallaşdırmaq iqtidarındadır.

Prezident deyib ki, heç kim bizim qarşımızda heç bir tələb qoya bilməz. Əməkdaşlıq etmək isətyrilərsə bu mümkündür. Etmirlərsə bu heç Azərbaycana da lazım deyil.  Azərbaycan Cənub qaz dəhlizini vaxtında icra edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

 

Xəbər lenti

Çox oxunanlar