Xəzər Xəbər

VİDEO: Bakıda evə basqın olub

Veb TV | 19:41 • 11 Yanvar 2017
VİDEO: Bakıda evə basqın olub

Bakıda evə basqın olub. Əvvəllər qəsdən adam öldürmə cinayətinə görə həbs edilmiş şəxslər tanıdıqları şəxsin evinə silah və bıçaqla basqın edib, quldurluq yolu ilə evdən pul və xeyli noutbuk oğurlayıb.

Xezerxeber.az məlumat verir ki, həbsxanada tanış olan dostlar, azadlığa çıxdıqdan sonra əlbir olaraq cinayət törədiblər.

Onlar silahlanıb, əvvəlcədən tanıdıqları şəxsin evinə basqın ediblər. Ağır cinayət paytaxtın Yasamal rayonu Zərdabi prospektində baş verib. Elmir Hümbətzadə 102 xidmətinə məlumat verib ki, evinə basqın edib onu yaralayıblar. Dərhal hadisə yerinə gələn ərazi üzrə Yasamal rayon polis idarəsinin əməkdaşları Elmir Hümbətzadəni yaralı halda görüblər. Zərərçəkmiş polisə bildirib ki, cinayətkarlar onu  qaz silahı və bıçaqla vurublar.

Əməliyyata başlayan polis çox çəkməyib ki, cinayətin iştrakçıları Nahid Eyvazov və tanışı Elman Sadıqovu saxlayıb. Saxlanılarkən onlardan həmin qaz silahı və bıçaq da aşkar edilib. Məlum olub ki, həmin şəxslər evdən 455 manat pul, 5 ədəd noutbuk, xeyli mobil telefon və nömrə, fen və digər elektronik avadanlığı quldurluq yolu ilə əldə ediblər.

Polis həmin şəxslərdən quldurluq yolu ilə əldə edilmiş bəzi avadanlıqları aşkar edərək zərərçəkmişə qaytarıb. Elə bunu saxlanılan Nahid Eyvazov da təsdiq edir.

Qeyd edək ki, saxlanılan Nahid Eyvazov əvvəllər qəsədən adam öldürmə cinayətinə görə 15, Elman Sadıqov isə 13 il müddətdə azadlıqdan məhrum ediliblər. Elə onların tanışlığı da həbsxanadan başlayıb. 

Faktla bağlı hər iki şəxs barəsində Yasamal rayon polis idarəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanı, istintaq gedir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti

Çox oxunanlar