Xəzər Xəbər

VİDEO: Siqaret üstündə qətl törədilib

Veb TV | 19:49 • 11 Yanvar 2017
VİDEO: Siqaret üstündə qətl törədilib

Siqaret üstündə düşən dava 18 yaşlı gəncin ölümünə səbəb olub.

Xezerxeber.az məlumat verir ki, hadisə  Cəlilabad rayon Səttar xan küçəsində baş verib. Rayon sakini Emin Abdullayev yol kənarında ayaqqabısını təmir etdirib geri dönürmüş. Bu zaman rayon sakini 16 yaşlı Murad Muradov ona yaxınlaşaraq seqaret tələb edib.

Emin  siqaret çəkmədiyini bildirsə də bu qarşı tərəfin narazılığına səbəb olub. Yaranan mübahisə daha sonra qanlı sonluqla başa çatıb.

18 yaşlı tələbə aldığı xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib. Cinayəti törədən Murad Muradov hadisə yerindən qaçsa da sonradan polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Faktla bağlı Cəlilabad rayon prakurorluğunda  cinayət işi başlanıb, istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti

Çox oxunanlar