Xəzər Xəbər

VİDEO: Taksilər niyə vahid tariflə işləmir? - "Müştərinin geyiminə baxıb qiymət oxuyurlar"

Veb TV | 20:05 • 11 Yanvar 2017
VİDEO: Taksilər niyə vahid tariflə işləmir? - "Müştərinin geyiminə baxıb qiymət oxuyurlar"

Bakıda taksilər niyə vahid tariflə işləmir? Gedəcəyin yerin qiymətini bir neçə taksidən soruşursan, hərəsi bir qiymət deyir. Hətta eyni istiqamətə 2 dəfə baha aparan taksilər də var. Halbuki bütün dünyada taksilər vahid tariflə işləyir. Bəs bizdə bu prosesə nə vaxt keçiləcək? Əməkdaşlarımız bunu aydınlaşdırmağa çalışıb.

Xezerxeber.az məlumat verir ki, Bakıda rəngarəng taksilərin qiymətləri də fərqlidir. Hətta eyni model avtomobillərlə eyni məsafəni fərqli qiymətə aparırlar.

Gedəcəyin yerin qiymətini bir neçə taksidən soruşursan, hərəsi bir qiymət deyir.

Vətəndaşlar iddia edir ki, taksi sürücüləri müştərinin geyiminə, görünüşünə baxıb qiymət oxuyur.

Fərdi sürücülərdən əlavə taksi xidməti göstərən şirkətlər bir -biri ilə rəqabətə görə daha ucuz işləməyə çalışsalar da, qiymətləri hədsiz fərqlidir. Hətta eyni istiqamətə 2 dəfə baha qiymət deyənlər də var.

Bakı Nəqliyyat Agentliyindən Xəzər Xəbərə bildirdilər ki, taksilərin fərqli qiymətlərlə, bəzən isə çox baha işləmələrindən xəbərdardırlar. Hətta uzun müddətdir bununla bağlı agentlikdə xüsusi araşdırmalar aparılır.

Bəs vahid qiymətə keçid prosesi nə vaxt baş tutacaq? Agentlik bəyan edir ki, bunun üçün əvvəlcə bütün taksi şirkətləri və taksi sürücüləri fərqlənmə nişanı almalıdır.

Hazırda Bakıda taksilərin bir çoxu fərqlənmə nişanı alsa da, almayanlar daha çoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti

Çox oxunanlar