Xəzər Xəbər

VİDEO: Mer yanan binadan qızı xilas etdi

Veb TV | 10:32 • 12 Yanvar 2017
VİDEO: Mer yanan binadan qızı xilas etdi

Amerikanın Nyu-Cersi  ştatının  meri Qeri Stivenson yanğınsöndürənlər gələnə kimi yanan evdən bir qızı xilas edib. Bu barədə NBC telekanalı xəbər yayıb.

 

Hadisə  Polsboroda baş verib. Şəhər rəisi dəfn mərasimindən evinə piyada qayıdırmış. Bu vaxt o, alovlara bürünmüş bir ev görür. Əvvəllər Yanğınsöndürmə Xidmətindən işləyən Stivenson yanan binaya girir. Orada yatan qızı görən mer, onu birtəhər oyadır və binadan çıxmağa kömək edir.

 

Hadisə yerinə gələn yanğınsöndürənlər  evdə başqa sakinlərin olmadığını bildirib.

 

Hadisə bağlı Stivenson bildirib ki, özünü qəhrəman hesab etmir: "Mən mer vəzifəsində olan adi bir vətəndaşam"./Faktxəbər

 

 

Xəbər lenti

Çox oxunanlar