2025-ci ilin sonunadək süni intellektin insanların imkanlarını üstələməsi ehtimalı artır.
Xezerxeber.az xəbər verir ki, amerikalı biznesmen İlon Mask bu barədə özünün sosial media hesabında yazıb.
“Gələn ilin sonunadək süni intellektin istənilən insanın, 2027-2028-ci ilədək isə bütün bəşəriyyətin intellektini üstələməsi ehtimalı getdikcə artır”, - deyə o bildirib.
Süni intellektin inkişafı sahəsində çalışan mütəxəssislərin əksəriyyətinin fikrincə, bəşəriyyət, nəhayət, bir fərd kimi düşünmək və özünü dərk etmək qabiliyyətinə malik kompüter sistemi yarada biləcək. Bu cür maşınlar perspektivdə sivilizasiyanın partlayıcı və idarəolunmaz texnoloji inkişafına gətirib çıxaracaq istənilən problemi həll edərkən özlərini təkmilləşdirə biləcək ki, bu da gələcəkdə elmi-texniki tərəqqini kəskin sürətləndirəcək.