Xəzər Xəbər

Dövlət qurumlarına kiberhücumlar olub

Texnologiya | 10:43 • 25 Noyabr 2024
Dövlət qurumlarına kiberhücumlar olub

Bu ilin üçüncü rübündə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberhücumların analizi nəticəsində 828 kiberhücum indikatoru müəyyən edib.

Bu barədə Xezerxeber.az-a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb. Bu kibertəhdidlərin 439-u daxili araşdırma, 389-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

Xəbər lenti

Çox oxunanlar