Xəzər Xəbər

Hindistan pilotsuz sualtı gəmilər istehsal etməyi planlaşdırır

Texnologiya | 13:13 • 12 Sentyabr 2024
Hindistan pilotsuz sualtı gəmilər istehsal etməyi planlaşdırır

Hindistan Müdafiə Nazirliyi ölkənin Hərbi Dəniz Qüvvələrinin 25 milyard rupi (təxminən 300 milyon dollar) dəyərində ağır pilotsuz sualtı gəmilər yaratmaq planlarını təsdiqləyib.

Xezerxeber.az “The Economic Times” qəzetinə istinadla xəbər verir ki, sualtı dronların hazırlanması üçün yaxın bir neçə ay ərzində tender elan olunacaq. Hindistan gəmiqayırma zavodlarına geniş funksionallığa və uzun müddət su altında qalma qabiliyyətinə malik 100 ton ağırlığında sualtı gəmilər düzəltmək təklif ediləcək.

Qeyd edilir ki, pilotsuz sualtı qayıqlar düşmənin sualtı və suüstü gəmilərinə zərbə komponenti ilə təchiz olunacaq, həmçinin Hərbi Dəniz Qüvvələrinə minaların quraşdırılması və minalardan təmizləmə, dənizdə vəziyyətin izlənilməsi daxil olmaqla, çoxsaylı əməliyyatlar keçirmək imkanı verəcək.

Hindistan Hərbi Dəniz Qüvvələrinin gələcəkdə pilotsuz suüstü gəmilərdən ibarət donanma yaratmaqda da maraqlı olduğu bildirilir. 

Xəbər lenti

Çox oxunanlar