Ötən ay çinlilər ilk dəfə olaraq daxili yanma mühərrikli (DYM) avtomobillərdən daha çox elektrik avtomobilləri alıblar.
Xezerxeber.az xəbər verir ki, iyul ayında satılmış avtomobillərdən 50,8 faizi elektrikli və ya hibrid olub. Çin avtoistehsalçıları BYD, “Lynk & Co” markaları da daxil olmaqla bir çoxları elektrik modelləri istehsal edir.
Ölkədə avtomobil satışının ümumi həcmi 2 faiz düşüb, bu da qismən onlarla əlaqəli olan kiçik güzəştlərlə bağlıdır.
Yaxın gələcəkdə Çin hökuməti elektrik avtomobillərin istifadəsini stimullaşdırmağı düşünür. Çin avtomobilləri öz ölkələrindən kənarda, xüsusən də Avropa ölkələrində getdikcə populyarlaşır, bu da yerli avtomobil istehsalçılarının narazılığına səbəb olur. Onlar haqsız rəqabətin olduğunu hesab edirlər, çünki Çin istehsalçıları onlardan daha çox dövlət yardımı alırlar. Avropa İttifaqı keçən ay Çin istehsalı olan elektrik avtomobillərinə tarifləri qaldırdı.