Xəzər Xəbər

“Tesla” 1,8 milyondan çox elektromobili geri çağırır

Texnologiya | 09:26 • 31 İyul 2024
“Tesla” 1,8 milyondan çox elektromobili geri çağırır

“Tesla” elektromobilində kapotun açıldığı aşkar edildikdə proqram təminatının işinin pozulması riski səbəbindən ABŞ-də 1,8 milyondan çox maşın geri çağıracaq. Bu barədə ABŞ-nin Milli Avtomobil Yolları və Hərəkət Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.

Xezerxeber.az xarici mətbuata istinadla xəbər verir ki, bəzi hallarda elektromobilin proqram təminatının aşkar edə bilmədiyi kilidi açılmış kapot tamamilə açıla və sürücünün görünüş sahəsini bağlaya bilər. Bu da qəza riskini artırır. Geri çağırılma 2020-2024-cü ildə istehsal edilmiş S, X və Y modellərinə şamil olunur.

“Tesla” nasazlığın aradan qaldırılması üçün proqram təminatını yeniləyib.

Ötən ay “Tesla” şüşəsilənlərlə bağlı problemlər səbəbindən ölkədə “Cybertruck” yük elektromobillərinin əksəriyyətini geri çağırıb.

Xəbər lenti

Çox oxunanlar