Xəzər Xəbər

Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü

Texnologiya | 17:07 • 6 May 2024
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü

Belçikanın Poçt Xidmətləri və Telekommunikasiya İnstitutu Avropa İttifaqı daxilində “Telegram” sosial şəbəkəsinin işini tənzimləyəcək və platformaya nəzarəti həyata keçirəcək.

Belçika mətbuatı yazır ki, institut “Telegram”ın mesencerində qeyri-qanuni məzmunun yayılmasına, zorakılığa yönəlmiş çağırışlara, silah və narkotiklərin qanunsuz satışını nəzarətə götürəcək.

Xəbəri yayan mənbə hesab edir ki, “Telegram” ifrat sağçıların, qeyri-qanuni ticarətlə məşğul olanların, terrorçuların oylağına çevrilib.

 Məlumatda, həmçinin qeyd olunub ki, “Telegram” istifadəçilərin şikayətlərinə cavab verməsə, tənzimləyici onu cərimələyə biləcək. (oxu.az)

 

Xəbər lenti

Çox oxunanlar