Xəzər Xəbər

Çində dünyanın külək turbini üçün ən böyük pəri istehsal olunub

Texnologiya | 13:35 • 24 Mart 2024
Çində dünyanın külək turbini üçün ən böyük pəri istehsal olunub

Çində külək turbini üçün uzunluğu 131 metr olan qanad (pər) istehsal olunub. Bu, dünyada ən uzun külək turbini qanadıdır.

Çinin Daxili Monqolustan Muxtar Rayonunun Bayannur şəhərindəki sənaye parkında istehsal olunan qanad quruda quraşdırılacaq turbinlər üçün nəzərdə tutulub.

İstehsalçı şirkət “Sany” külək turbini qanadlarının son texnologiyalar əsasında hazırlandığını və sınaqdan keçdiyini açıqlayıb. Qanadların istehsalında təkrar emal edilən poliuretan struktur komponentlərindən istifadə edilib.

Qeyd edək ki, Bayannur şəhərindəki sözügedən sənaye parkında ötən 400-dən çox külək turbini qanadı istehsal olunub. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar