Xəzər Xəbər

Prezidentin köməkçisi: Bu il startapların sayı 3 dəfə artıb

Texnologiya | 10:23 • 30 Noyabr 2023
Prezidentin köməkçisi: Bu il startapların sayı 3 dəfə artıb

“Ötən illə müqayisədə bu il startapların sayı 3 dəfə artıb”.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, hökumətlər sənaye, elmi dairələr və startaplar arasında əlaqələrin gücləndirilməsi istiqamətdə işlər görməlidirlər.

“Xalqımızın innovasiyaların öncüllüyündə böyük tarixçəsi var. Azərbaycan öz unikal mədəni tarixini qorumaqla innovasiyaların mənimsənilməsi istiqamətində öz səylərini göstərir. Texnoloji parkların yaradılması, əlverişli biznesin yaradılması sahəsində bütün sektorlarda innovasiyalara nail olmuşuq, BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri üçün kompleks tədbirlər nəzərdə tutulur. Milli prioritetlərimizdən biri də təmiz mühit və yaşıl artım ölkəsinin yaradılmasıdır. Hər bir xalqın rifahı üçün təhsilin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hökumət tərəfindən gənclərin dünyanın ali təhsil müəssisələrində təhsil alması üçün əlverişli mühit yaradılıb. Gənclərin İKT sahəsində bacarıqlarının inkişafı üçün təqaüdlər verilir", - deyə Ş.Mövsumov qeyd edib.

Xəbər lenti

Çox oxunanlar