Xəzər Xəbər

İsrail ilk dəfə atmosferdən kənarda ballistik raketləri ələ keçirə bilən sistemdən istifadə edib

Texnologiya | 10:57 • 10 Noyabr 2023
İsrail ilk dəfə atmosferdən kənarda ballistik raketləri ələ keçirə bilən sistemdən istifadə edib

İsrail ordusu ilk dəfə atmosferdən kənarda ballistik raketləri ələ keçirə bilən “Arrow-3” raketdən müdafiə sistemindən (İvrit dilində “Hetz-3” kimi tanınır - red.) istifadə edib.

Bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) xəbər verib.

Məlumatda qeyd olunur ki, “Arrow-3” Yəməndən atıldığı ehtimal olunan raketi Qırmızı dəniz üzərində ələ keçirib.

“Raket İsrailin cənubunda yerləşən Eylat şəhərinə doğru istiqamətlənibmiş”, - məlumatda qeyd olunur.
Qeyd edək ki, “Arrow-3” raketdən müdafiə sistemi ilk dəfə 2017-ci ildə quraşdırılıb və ballistik raketləri atmosferdən kənarda məhv etmək üçün nəzərdə tutulub.

Mənbə: "The Times of Israel"

Xəbər lenti