Xəzər Xəbər

Azərbaycanda "Watsap" istifadəçilərinə XƏBƏRDARLIQ

Texnologiya | 09:55 • 12 Avqust 2023
Azərbaycanda "Watsap" istifadəçilərinə

"Whatsapp" tətbiqi vasitəsilə vətəndaşlara iş tapmağı və 10 azn bonus qazanmağı vəd edən mesajlar göndərilir.

Xezerxeber.az Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki, vətəndaşlara belə vədlərə etimad etməməyi, bu kimi mesajların tərkibindəki qeyd olunan veb ünvanlara daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir.

"WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Xəbər lenti

Çox oxunanlar