Xəzər Xəbər

"TikTok" 18 yaşdan kiçik istifadəçilər üçün limit tətbiq edir

Texnologiya | 15:20 • 3 Mart 2023
"TikTok" 18 yaşdan kiçik istifadəçilər üçün limit tətbiq edir

"TikTok" sosial şəbəkəsi 18 yaşdan kiçik istifadəçilər üçün gündəlik 60 dəqiqəlik limit tətbiq edir. Həddi-buluğa çatmayan şəxslərin limiti aşacağı təqdirdə, xidmətdən istifadə etməyə davam etmək üçün parol tələb ediləcək.

Xezerxeber.az BBC telekanalına istinadla xəbər verir ki, Çin firması “ByteDance” ona məxsus olan video proqramda azyaşlı istifadəçilərə nəzarəti həyata keçirmək məqsədilə bu funksiyanı təqdim edib.

"TikTok" bildirib ki, yeni məhdudiyyət yeniyetmələri sosial şəbəkədə olan mənfi təsirlərdən qorumaq məqsədi daşıyır. Yeni qaydalara görə, məhdudiyyət olacaq platformanın istifadəçiləri ən azı 13 yaşında olmalıdır və bu yeni funksiyanın bir hissəsi olaraq 18 yaşından kiçik hər kəs sosial şəbəkədə onunla bağlı yeniliklər barədə həftəlik bildiriş alacaq.

Qaydalar qüvvəyə mindikdən sonra 60 dəqiqəlik məhdudiyyətdən imtina edən, lakin tətbiqdən gündə 100 dəqiqə istifadə etməyə davam edən hər kəs öz ekran vaxtı nəzarətlərini təyin etmək üçün "TikTok"dan xəbərdarlıq alacaq. Azyaşlıların valideynlərinin öz uşaqlarına məhdudiyyət qoyması üçün xüsusi panel də istifadəyə veriləcək.

Bu proses "TikTok"un Çin hökuməti ilə əlaqələri və istifadəçi məlumatlarının qorunması ilə bağlı yenidən mübahisələrlə üzləşdiyi bir vaxtda baş verir. Bu həftənin əvvəlində Kanada hökuməti də Birləşmiş Ştatlardakı oxşar hərəkətlərdən sonra tətbiqi qadağan edən addım atıb.

2021-ci ilin sentyabrında TikTok bəyan edib ki, onun aylıq istifadəçilərinin sayı 1 milyarddan çox olub və bu platforma dünyanın ən böyük sosial şəbəkələrindən birinə çevrilib. Lakin "TikTok" öz istifadəçilərinin demoqrafik bölgüsünü dərc etmir. Onu da qeyd etmək lazımdır ki, hazırda bu platforma sosial media marketoloqları və reklamçılar tərəfindən 34 yaşdan kiçik insanlara çatmaq üçün əsas şəbəkə kimi qəbul olunur.

Xəbər lenti

Çox oxunanlar