Xəzər Xəbər

Şimali Koreya daha 2 ballistik raket buraxıb

Texnologiya | 09:16 • 6 Oktyabr 2022
Şimali Koreya daha 2 ballistik raket buraxıb

Koreya Xalq Demokratik Respublikası (KXDR) oktyabrın 6-da şərq istiqamətində 2 qısamənzilli ballistik raket buraxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Raketin Pyonqyanq şəhəri yaxınlığından yerli vaxtla səhər saat 6:01 və 6:23 arasında buraxıldığı, 60 kilometr hündürlükdə 800 kilometr məsafə qət etdiyi bildirilir.

Qeyd edək ki, bu, Şimali Koreyanın sentyabrın son günlərindən bəri 6-ci raket buraxılışıdır. Şimali Koreyanın oktyabrın 4-də buraxdığı ilk ortamənzilli ballistik raket təxminən 1000 kilometr hündürlüyə qalxaraq, Yaponiyanın şimalındakı Aomori prefekturası üzərindən keçməklə 4600 kilometr məsafə qət etdikdən sonra Sakit okeana düşüb. Yaponiya Müdafiə Nazirliyi hesab edir ki, bu, Şimali Koreya raketi üçün rekord göstəricidir.

Həmin raket sınağından sonra, habelə Şimali Koreyanın yaxın vaxtlarda nüvə silahı sınağı keçirmək ehtimalı nəzərə alınaraq, Yaponiyada təhlükəsizlik tədbirləri gücləndirilib. Oxşar təhlükəsizlik tədbirlərinə Cənubi Koreyada da start verilib.

Xəbər lenti

Çox oxunanlar