Xəzər Xəbər

“Xiaomi” ilk 8K televizorunu avtomobil qiymətinə satacaq

Texnologiya | 16:52 • 28 Sentyabr 2020
“Xiaomi” ilk 8K televizorunu avtomobil qiymətinə satacaq

Daha əvvəl elan edildiyi kimi "Xiaomi” şirkəti bu gün ekran çözümü 7 680 x 4 320 pixel, yaxud 8k olan ilk smart televizoru olan "Mi TV Lux Ultra”nı təqdim edib.


"Fonearena” xəbər verir ki, təsviri 60 gZ tezliklə yenilənən 82 düyümlük ekran üçün istifadə edilən modern "miniLED” texnologiyasında əvvəlki "oLED”ə xas olan qüsurlar yoxdur.


Bir çox telli və telsiz interfeyslərin dəstəklədiyi yeni televizor 5G texnologiyasında işləyə bilər və 256 gB-lıq RAM-a malikdir. Smart funksiyaları "Android” əməliyyat sistemi əsasında çalışır.


Kütləvi satışa oktyabr ayının 21-də çıxarılacaq yeni televizor Çin bazarında 50 min yuana (7,3 min ABŞ dolları) satılacaq./report

Xəbər lenti