ABŞ məhkəməsi ölkə administrasiyasının "TikTok" sosial şəbəkə tətbiqinin Google və Apple tətbiq mağazalarından silinməsinə dair qərarının qüvvəyə minməsini müvəqqəti olaraq dayandırıb.
Kolumbiya dairə məhkəməsinin elektron məlumat bazasında mövcud sənədlərdə qeyd edilib.
Qeyd edək ki, qadağanın 20 sentyabrda qüvvəyə minməsi nəzərdə tutulurdu, lakin ABŞ prezidenti Donald Tramp 19 sentyabrda jurnalistlərə "TikTok"- un Amerika seqmentinin Oracle və Walmart tərəfindən alınmasına razılıq verdiyini deyib.
Bundan sonra Ticarət Nazirliyi tətbiqin yüklənməsinə qoyulan qadağanın qüvvəyə minməsini bir həftə - yerli vaxtla 27 sentyabr 23:59-a qədər təxirə saldı.