ABŞ-da fəaliyyətinin qadağan olunması təhlükəsi ilə üz-üzə qalan "TikTok"un sahibi, Çinin "ByteDanse" şirkəti dünyanın bu sahədə ikinci böyük şirkəti sayılan "Oracle" və pərakəndə satış nəhəngi "Walmart" ilə saziş imzalayıb.
Xarici saytlar xəbər verir ki, sazişə əsasən, ABŞ şirkətləri "Oracle" və "Walmart" Çin şirkətlərinin 20 faizini satın alacaq və bununla da "TikTok"un Amerikadakı əməliyyatlarını idarə edəcək. Üç şirkətin tərəfdaşlığı çərçivəsində mərkəzi ofisi ABŞ-da yerləşəcək "TikTok Global" şirkəti yaradılacaq.
"ByteDanse"dən alınan payın 12,5 faizinin "Oracle"a, 7,5 faizinin isə "Walmart"a aid olduğu bildirilib.
ABŞ-da 100 milyon istifadəçisi olan "TikTok"un ölkədə 25 min nəfər üçün məşğulluq təmin edəcəyi gözlənilir. "TikTok" ABŞ xəzinəsinə 5 milyard dollar vergi ödəyəcək.
Saziş yaxın vaxtlarda Çin hökuməti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək./AZƏRTAC