Xəzər Xəbər

Koronavirusu 3 dəqiqə ərzində aşkarlayan test hazırlanıb

Texnologiya | 21:45 • 9 Sentyabr 2020
Koronavirusu 3 dəqiqə ərzində aşkarlayan test hazırlanıb

İtaliya Səhiyyə Nazirliyi koronavirusu üç dəqiqəyə aşkarlayan yeni testin istehsalına razılıq verib.


"Sole 24 Ore" nəşri xəbər verir ki, italyan şirkətinin Sannio Universitetinin mütəxəssisləri ilə birgə işləyib hazırladığı test tüpürcəyin analizinə əsaslanır və burun boşluğundan yaxma götürmək tələb olunmur.


Messaggero qəzetinin yaydığı məlumata görə, həmçinin Milli Yoluxucu Xəstəliklər İnstitutunun laboratoriyasında tüpürcək nümunəsi üzrə ekspress-testin sınaqları keçirilir. Sınaqların nəticəsi ayın sonlarına gözlənilir.


Son məlumata əsasən, indiyədək İtaliyada koronavirus infeksiyasına 280 mindən çox yoluxma qeydə alınıb. Yoluxanların 210,8 min nəfəri sağalıb, 35 min 563 xəstə vəfat edib. Son vaxtlar gündə orta hesabla 1-1,6 min yeni yoluxma halı aşkarlanır. Bununla yanaşı, gündəlik testlərin sayı da xeyli artaraq 50 mindən 100 minə çatıb.

Xəbər lenti

Çox oxunanlar