"Apple İnc.” şirkəti bu ilin sonunadək azı 75 milyon ədəd 5G iPhonenunun istehsalı üçün təchizatçılara müvafiq sifarişlər göndərib.
"Bloomberg” xəbər verir ki, bu da təqribən ötən ilin həcminə və inişilin hədəfinə uyğundur və pandemiya ilə bağlı iqtisadi resesiyanın qızğın vaxtında şirkətin ən mühüm məhsuluna tələbatın sabit qaldığını göstərir. Şirkət bu il yeni nəsil iPhoneların tədfarükünün 80 milyon ədədə çatacağını güman edir.
Belə ki, mənbələrə görə "Apple” oktyabr ayında 5G texnologiyasını dəstəkləyən 4 yeni smartfon modelinin istehsalına başlayacaq. Bununla yanaşı, şirkət bütöv ekranlı yeni iPad Air, Apple Watch saatının iki yeni versiyasının, habelə "Beats” markasından kənar ilk qulaqüstü qulaqlığın istehsalına başlamağa hazırlaşır. Həmçinin kiçik "HomePod” səs qurğusu üzərində də işlər gedir.
COVID-19 pandemiyasının vüsət alması ilə "Apple” iPhone, iPad, Mac komputeri kimi cihazlara tələbin kəskin artması ilə üzləşmişdi. Bu da məsafəli çalışma və təhsilin geniş yayılması ilə bağlıdır. "Apple”in satışlarının yarısına qədərini təşkil edən iPhonelar bayram vaxtları bu göstəricini hətta 60 faizədək yüksəlib.
Bütün bunlar nəticəsində cari ildə "Apple” səhmləri 76 faiz bahalaşmaqla ABŞ-da bazar dəyəri 2 trilyon dolları keçən ilk şirkət oldu./report