Tik Tok sosial şəbəkəsinin rəhbəri Kevin Mayer şirkətin rəhbərliyindən istefa verib.
Bu barədə Mayer açıqlamasında deyib.
"Şirkətdən getməyə qərar verdim. Ürək ağrısı ilə bunu sizə demək istəyirəm", - Mayer bildirib.
Onun sözlərinə görə, son bir neçə həftədə şirkətin ətrafındakı siyasi mənzərə çox dəyişib. Bu isə Mayerin korporativ prioritetlərini ciddi şəkildə nəzərdən keçirməyə məcbur edib./Axar.az