Xəzər Xəbər

Pekin “TikTok” sahibinin ABŞ administrasiyasına qarşı iddiasını dəstəkləyib

Texnologiya | 14:27 • 24 Avqust 2020
Pekin “TikTok” sahibinin ABŞ administrasiyasına qarşı iddiasını dəstəkləyib

"TikTok” əlavəsinin sahibi Çinin "ByteDance” kompaniyası onunla sövdələşməni qadağan edən ABŞ administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, rəsmi Pekin "TikTok” sahibinin ABŞ hakimiyyətinə qarşı iddiasını dəstəklədiyi barədə bəyanat yayıb.


"Çin hakimiyyəti "ByteDance” kompaniyasının öz haqqını hüquqi yollarla müdafiə etməsini dəstəkləyir. Biz bundan sonra da Çin şirkətlərinin qanuni maraqlarının qətiyyətli müdafiəsi üçün bütün lazımi tədbirləri görəcəyik”, - deyə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Liszyan jurnalistlər üçün təşkil olunan brifinqdə "TikTok” əlavəsinin sahibinin fəaliyyətini şərh edərkən bildirib.


Bir qədər öncə ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlarda "ByteDance” kompaniyası ilə istənilən sövdələşməni qadağan edən "TikTok” təhlükəsi ilə mübarizə” və "WeChat” təhlükəsi ilə mübarizə” barədə fərmanı imzalayıb.


Qeyd edək ki, ABŞ administrasiyası milyarda yaxın istifadəçisi olan kompaniyanın Çin hökuməti ilə əlaqəsi olduğunu və Pekin üçün məlumat toplamaq üçün istifadə edildiyini düşünür. "TikTok” isə öz növbəsində Çin hökuməti ilə əlaqəsini qətiyyətlə inkar edir.

Xəbər lenti