Xəzər Xəbər

Qərb Tik Toka savaş açıb: Daha bir qadağa

Texnologiya | 17:18 • 22 Avqust 2020
Qərb Tik Toka savaş açıb: Daha bir qadağa

Estoniyanın Dövlət İnformasiya Sistemi Departamenti öz işçilərinə xidməti telefonlarda Tik Tok sosial şəbəkəsindən istifadəyə qadağa qoyub.


XəzərXəbər Axar.az-a istinadən xəbər verir ki, departament sözügedən tətbiqi ölkənin təhlükəsizliyi üçün təhdid sayır.


Bildirilib ki, Tik Tok vasitəsilə telefonun olduğu məkan və daxilindəki informasiyalar daim izlənilir.


Qeyd edək ki, bir müddət əvvəl Prezident Tramp da Tik Tokun ABŞ-dakı bölməsinin ölkədəki hər hansı şirkətə satılmayacağı təqdirdə 15 sentyabra kimi ölkə ərazisində bloklanacağını bildirmişdi.


Tik Tok Çinin "ByteDance" şirkətinə məxsus sosial şəbəkədir. Burada qısa videolar yerləşdirmək, paylaşmaq və izləmək mümkündür.


Milli.Az 

Xəbər lenti

Çox oxunanlar