Texnologiya artıq həyatımızın bütün sahələrinə daxil olaraq yaşayışımızı asanlaşdırıb desək yanılmarıq.
Smartfonlar həyatımıza daxil olandan sonra isə telefonlar yalnız rabitə vasitəsi kimi deyil, bir çox texnoloji xüsusiyyətlərə malik cihaz kimi istifadə olunur.
XəzərXəbər ted.az-a istinadən bildirir ki, ağıllı telefonların ən çox istifadə olunan xüsusiyyətlərindən biri kameralardır. Gündəlik həyatdan tutmuş bir çox sahələrin fəaliyyətində fotoşəkillərdən geniş istifadə olunur. Bəs görəsən hansı telefonun kamerası daha yaxşı şəkil çəkir, hansının ekran qətnaməsi daha yüksəkdir?
1-) Huawei P40 Pro
Bu Huawei markasına məxsus telefonlar arasında ən yaxşı kameralı telefondur. Cihazın kamera sisteminə RYYB istifadə edən 50 meqapiksellik qətnamə də əlavə edilib. Telefonun öz kamerası isə 40 meqapiksel ölçüyə malikdir.
2-) iPhone 11 Pro
iPhone-nun bu modeli çox yaxşı kameraya sahibdir. 12 meqapiksellik bu kamera vasitəsilə yüksək keyfiyyətli şəkillər çəkmək mümkündür. Telefonun daha bir üstünlüyü ondan ibarətdir ki, hətta zəif işıqda belə keyfiyyətli fotoşəkillər əldə olunur.
3-) Samsung Galaxy S20 Ultra
Bu modelin 108 meqapiksel ölçülü əsas kamerası var. Telefonun keyfiyyətli şəkil çəkmə səbəblərindən biri də 48 meqapiksel optik zoom kamera və 12 meqapiksel geniş kameradır.
4-) Xiaomi Mi Note 10
Bu telefonun isə 5 ədəd arxa kamerası var. 108 meqapiksel sensoru ilə həm güzgüsüz, həm də DSLR fotokameralar vasitəsilə əldə edilən keyfiyyətli görüntü alınır.