Türkiyədə gözdən əlillər üçün "ağıllı əlcəklər” hazırlanacaq.
"Demokrat” xəbər verir ki, İzmir İqtisad Universitetində başladılan layihə ilə gözdən əlil şəxslər istədikləri rəng və üslubda geyim seçə biləcəklər.
Universitetdən bildirilib ki, bu əlcəklərin moda ilə əlaqəli bir çox məsələdə gözdən əlillərə kömək edəcəyi gözlənilir.
Yüngül, antibakterial və yuyula bilən parça ilə istehsal olunmağı hədəfləyən əlcəyin üzərinə kamera yerləşdiriləcək. Minlərlə geyim növü və rənglərhaqqında məlumatlarımüəyyən edən proqram yaradılaraqəlcəkdəki elektron hissəyə qeyd olunacaq.
Gözdən əlil istifadəçi "ağıllı əlcəklər”lə geyimə toxunduqda kamera paltarın şəklini çəkəcək, onunrəngini və modelini səsləndirəcək. Eyni zamanda, seçilmiş geyimlə hansı modellərin uyğun olacağı ilə bağlı təklifləri də sadalayacaq. Əlcəkdəki elektron hissə asanlıqla çıxarıla, əlcək yuyulduqdan sonra yenidən istifadə edilə bilər.