Xəzər Xəbər

İlk 5G smartfonunun istehsalına başlanacaq

Texnologiya | 14:18 • 17 Avqust 2020
İlk 5G smartfonunun istehsalına başlanacaq

"ZTE” şirkəti sentyabr ayının 1-dən dünyada ilk 5G smartfonunun istehsalına başlayır.


XəzərXəbər şirkətin saytına istinadən xəbər verir ki, "ZTE Axon 20 5G” adlı bu cihaz kamerası ekran altında yerləşən ilk kütləvi istehsal olunan smartfon olacaq ki, bu da şirkət tərəfindən full ekranlı smartfonlar sahəsində apardığı çalışmaların daha bir mühüm mərhələsidir.


Çin Sənaye və İT Nazirliyinin məlumatına görə, 2460x1080 pikselli 6,92 düyümlük OLED ekranı ilə təchiz olunan yeni spartfon 7,9 mm qalınlığına, 198 qram çəkiyə malikdir. Cihaz 2,4 Ghz tezlikli 8 nüvəli, "Snapdragon 765G” olduğu güman edilən prosesorla təchiz olunub. Maksimum əməliyyat yaddaşı 12 Gbt, maksimim quraşdırılan yaddaşı da 265 Gbt-dir./Report

Xəbər lenti