Xəzər Xəbər

ABŞ “Alibaba”nın fəaliyyətini qadağan edir

Texnologiya | 11:00 • 17 Avqust 2020
ABŞ “Alibaba”nın fəaliyyətini qadağan edir

ABŞ Çinin "Alibaba” şirkətinin ölkə ərazisindəki fəaliyyətini qadağan etməyi nəzərdən keçirir.


Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.


"Çinin Alibaba şirkətinin fəaliyyətinə qadağa qoya bilərik. Bununla bağlı müzakirələr aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq lazım olan qərarı qəbul edəcəyik”, - Tramp qeyd edib.


Qeyd edək ki, "Alibaba Group” Çinin 1999-cu ildən bəri fəaliyyət göstərən ən böyük elektron ticarət şirkətidir. Şirkət Alibaba.com, AliExpress.com, Taobao.com, Tmall.com beynəlxalq internet platformalarına sahibdir./Axar.az

Xəbər lenti

Çox oxunanlar