Xəzər Xəbər

Azərbaycan dilində nitqin tanınması layihəsi ilə bağlı yenilik var

Texnologiya | 15:00 • 14 Avqust 2020
Azərbaycan dilində nitqin tanınması layihəsi ilə bağlı yenilik var

İmla lahiyəsi süni intellektin köməyi ilə şifahi nitqin mətnə və ya yazılı nitqi şifahi nitqə çevrilməsi məqsədi ilə yaradılmış nitqin tanınmasını həyata keçiriən sistemdir.

XəzərXəbər-in xəbərinə görə, layihənin hədəfiAzərbaycan dilini yüksək dəqiqliklə ifadə edə bilən bir modelin təkmilləşdirilməsi və bunun müvafiq sahələrdə tətbiq olunmasıdır. Layihə rəhbəri Toğrul Səməd və süni intellekt üzrə baş mühəndis isə Fərid Həziyevdir.

Layihə müəllifləri deyir ki, hal-hazırda @ImlaYazBot vasitəsilə səslər və fayllar mətn formatına 85% dəqiqliklə çevrilə bilir:

"Bizim hədəfimiz isə dəqiqlik dərəcəsini 95%-dən çox artırmaqdır. İstifadəçilərin xidmətlərimizdən maksimum faydalana bilməsi üçün onu bir neçə formatda təklif etməyi planlaşdırmışıq. Bu xidmətlərə Chrome addon və mobil tətbiq də daxildir. Xidmətlər istifadəçilərə tamamilə ödənişsiz qaydada təklif olunacaqdır. Bizneslər isə API üzərindən xidmətlərdən faydalana biləcəklər.

Sistemin nitqi düzgün tanıya bilməsi üçün dilimizdəki hər bir söz və söz birləşmələrini süni intellektə öyrədirik. Belə ki, iyul ayında "Süni intellektə dilimizi öyrətməyə sən də dəstək ol!” şüarı ilə müsabiqə təşkil etmişdik. Məqsədimiz həm Imla lahiyəsi barəsində insanları maarifləndirmək və bu yolda bizə dəstək olmağa çağırmaq həm də əzmkarlıq ruhunu ortaya çıxararaq bizimlə olan bu səyahəti daha əyləncəli etmək idi.

Müsabiqə Telegramda yaradılmış @ImlaOxuBot vasitəsilə həyata keçirilmişdir və 16 yaşdan böyük hər kəsin müsabiqədə iştirak etmə haqqı var idi. İştirakçı ona yönləndirilmiş söz və ya cümlələri səsləndirərək müsabiqədə iştirak etmiş sayılırdı. Lakin bu səslər qeyd olunmuş şərtlərə uyğun olduğu təqdirdə düzgün hesab olunur və iştirakçılar liderlər lövhəsində yüksəlməsinə səbəb olurdu".

Layihə müəlliflərinin sözlərinə görə, müsabiqə zamanı yarana biləcək problemləri nəzərə alaraq, müsabiqə şərtləri əvvəlcədən formalaşdırılmışdı və səslər qeyd olunan meyarlara uyğun gəldiyi təqdirdə düzgün qəbul edilirdi:

"Göndərilmiş səslər avtomatik olaraq sistem tərəfindən yoxlanışa göndərilirdi. Dəqiqliyin və şəffaflığın artırılması üçün yoxlanışdan uğurla keçə bilməyən səslər isə yenidən yoxlanılırdı. İştirakçılar imla.az saytı vasitəsilə müsabiqənin ümumi statistikasını və şəxsi statistikasını izləyə bilirdi.

Xəbər lenti

Çox oxunanlar