Xəzər Xəbər

"Microsoft" "TikTok"u satın almaq niyyətindədir

Texnologiya | 12:08 • 3 Avqust 2020
"Microsoft" "TikTok"u satın almaq niyyətindədir

ABŞ-ın "Microsoft" şirkəti "TikTok" video paylaşım xidmətinin ABŞ üzrə əməliyyatlarını satın almaq üçün müraciət edib.


XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, "Microsoft" şirkətinin rəhbəri Satya Nadella bununla əlaqədar ABŞ Prezidenti Donald Trampla danışıb.


"Microsoft" "TikTok"un sahibi olan Çinin "ByteDance" şirkətinə təklif göndərdiyini açıqlayıb. Danışıqlar yaxın həftələrdə başlamalı və sentyabrın 15-dən gec olmayaraq başa çatmalıdır.


Qeyd edək ki, D.Tramp "TikTok"un amerikalı istifadəçilərinin şəxsi məlumatlarından istifadə etməklə ölkənin milli təhlükəsizliyinə təhdid olduğunu və bu xidmətin fəaliyyətinin ABŞ-da dayandırmaq niyyətində olduğunu açıqlayıb. "Microsoft" xidmətin ABŞ üzrə əməliyyatlarını satın alacağı təqdirdə istifadəçi məlumatlarının digər ölkələrə ötürülməyəcəyini bildirib.

Xəbər lenti

Çox oxunanlar