Apple şirkəti Face ID texnologiyasının işini təkmilləşdirəcək yeni patent alıb.
XəzərXəbər ted.az-a istinadən bildirir ki, patentli sistem vasitəsilə Apple cihazları üzdəki damarların skanını təmin edə biləcəklər.
Patent hətta ekizləri də tanıya bilən texnologiyanı ehtiva edir. Sistem istifadəçinin dərisinin altındakı damarlara əsaslanacaq. Belə bioloji parametr üz cizgilərinə nisbətən daha unikaldır.
Apple sistemi kamerada infraqırmızı sensoru vasitəsilə əldə edilmiş subdermal təsvirin xüsusi metodundan istifadə edir. Bunun sayəsində proqram istifadəçinin damarlarının 3D xəritəsini yarada bilər.