Xəzər Xəbər

Çin Mars planetinin tədqiqi üçün ilk missiyaya start verib

Texnologiya | 13:11 • 23 İyul 2020
Çin Mars planetinin tədqiqi üçün ilk missiyaya start verib

Çin Mars planetinin tədqiq olunması üçün "Tyanven-1” ("Səmaya suallar-1”) adlı ilk zondunu kosmosa çıxarıb.


Sinxua agentliyi xəbər verir ki, "Çançjen-5” ("Böyük yürüş”-5) daşıyıcı raketi bu gün yerli vaxtla saat 12:41-də Haynan adasında yerləşən Vençan kosmodromundan start götürüb. Çin hakimiyyəti zondun kosmosa uğurla çıxarıldığı barədə məlumat yayıb.


İlkin hesablamalara görə, zond təxminən yeddi ay ərzində Mars planetinə çatacaq.


Missiya Mars orbitinə çıxmağı, planetin səthinə enməyi və onun üzərində hərəkət etməyi nəzərdə tutur. Zond ilk məlumatları 2021-ci ildə Yerə ötürə biləcək. Missiyanın uğur qazanacağı təqdirdə alimlər planetin atmosferini, relyefini, geoloji xüsusiyyətlərini, maqnit sahəsini öyrənə biləcək ki, bu da Qırmızı planetin və bütün Günəş sisteminin yaradılması və təkamülü prosesinə işıq salacaq.


Bununla yanaşı, missiyanın əsas məqsədi Marsda mümkün həyat izlərini tapmaq, həmçinin gələcəkdə ətraf mühitin insanların yaşaması üçün dəyişə bilməsini müəyyən etməkdir.

Xəbər lenti

Çox oxunanlar