Yeni Zelandiyanın Mahiya yarımadasından "Electron” raketinin kosmosa buraxılışı uğursuzluqla nəticələnib.
Yeni Zelandiya mətbuatıyazır ki, "Rocket Lab” şirkətinin mütəxəssisləri süni peyklərin orbitə çıxarılmasını təmin edə bilməyiblər.
Şirkətin saytında bu barədə yayılan məlumatda qeyd edilir ki, raketin uğurlu startından və birinci pillənin ayrılmasından sonra nasazlıqlar əmələ gəlib. Həmin nasazlıqlar uçuş başladıqdan təqribən 4 dəqiqə sonra qeydə alınıb. Beləliklə, "Electron” raketinin göyərtəsində olan yük orbitə çatdırılmayıb.
Bununla yanaşı, qəza zamanı heç kimin xəsarət almadığı və start kompleksinə zərər dəymədiyi də bildirilir.