Xəzər Xəbər

Bu şəhərdə piyadaların smartfondan istifadəsi qadağan edildi

Texnologiya | 21:18 • 3 İyul 2020
Bu şəhərdə piyadaların smartfondan istifadəsi qadağan edildi

Yaponiyanın Yamato şəhərində piyadalara smartfondan istifadə qadağan edilib. Bu davranış təhlükəli hesab edilir.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, indi yaponlar küçədə və hətta parkda gəzinti zamanı telefonlara baxa bilməzlər. Təxminən 240 min sakin bu təşəbbüsü dəstəkləyib.


Piyadalar üçün smartfon qadağası haqqında xəbərdarlıq şəhər vağzalında səsgücləndiricilər vasitəsilə elan edilir. Hələ ki, qaydanı pozanlara qarşı hansı cəzanın tətbiq ediləcəyi məlum deyil.


Yamatonun bəzi sakinlərinin fikrincə, qadağa qoyulmasına bəlkə də ehtiyac yox idi, sadəcə insanlara daha ehtiyatlı olmağı məsləhət görməklə problemi həll etmək olardı.

Xəbər lenti