Xəzər Xəbər

"Facebook" və "Instagram" reklamları DAYANDIRILDI

Texnologiya | 16:01 • 1 İyul 2020
"Facebook" və "Instagram" reklamları DAYANDIRILDI

Texnologiya və proqram nəhəngi "Microsoft" şirkəti saxta xəbərlərə qarşı mübarizə üçün "Facebook" və "Instagram" reklamlarını bloklamaq qərarı verib. 


ABŞ-da tədricən reklamları dayandıran şirkət, daha sonra bütün dünyada reklamları dayandırıb.


"Microsoft"un marketinq mütəxəssisi Kris Kaposela hər iki platformada reklamların davam etməsi üçün tələb olunan şərtlər barədə danışıqları davam etdirdiklərini açıqlayıb:


"Reklamların davam etməsi atılacaq müsbət addımlardan asılıdır, amma hələlik bu qərar avqustun sonuna qədər davam edəcək”.

Xəbər lenti