ABŞ-ın Federal Aviasiya Administrasiyasının pilotları kommersiya fəaliyyətində tələb olunan sertifikatlaşdırma üçün "Boeing 737 MAX" təyyarələrində sınaq uçuşlara başlayıblar.
Bu barədə xezerxeber.az-a Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata əsasən, ötən il sözügedən yeni tip təyyarənin proqram təminatındakı nasazlıq səbəbindən iki layner qəzasında yüzlərlə insan həyatını itirib. Məlum olub ki, təyyarənin sertifikatlaşdırması pozuntularla və sadələşdirilmiş formada aparılıb. Bu model təyyarələrlə uçuşlar bütün dünyada dayandırıldı və nəticədə "Boeing" korporasiyası tarixində ən böyük itkilərlə üzləşdi.