Xəzər Xəbər

Türkiyə elektrik qatarını sınaqdan keçirir

Texnologiya | 14:23 • 29 İyun 2020
Türkiyə elektrik qatarını sınaqdan keçirir

Türkiyə istehsalı olan elektrikli qatarların zavod sınaqlarına başlanılıb.


Bununla bağlı keçirilən mərasimdə ölkənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Türkiyə istehsalı olan elektrikli qatarların bu ilin sonunadək istifadəyə verilməsinin planlaşdırıldığını deyib. Nazir saatda 160 kilometr sürətlə hərəkət edəcək bu qatarların hər birinin beş vaqon olmaqla 324 sərnişin üçün nəzərdə tutulduğunu deyib.


Sənaye və Texnologiya naziri Mustafa Varank isə avqust ayından etibarən bu qatarların relslərdə sınaqlarına başlanacağını bildirib. Nazir, Türkiyədə dəmir yolu sisteminin inkişaf etdirilməsi istiqamətində qarşıdakı 10 il üçün bu sahəyə 15 milyard avro vəsaitin ayrıldığını, əsas məqsədin sürəti saatda 200 kilometrdən çox olan sürətli qatar sistemini yaratmaq olduğunu bildirib.

Xəbər lenti