"Google şirkəti bir sıra xidmətlərində istifadəçi məlumatlarının saxlanması qaydalarını dəyişdirəcək, məhdudiyyət müddətinin bitməsindən sonra məlumatlar avtomatik olaraq silinəcək”.
Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Sundar Piçai açıqlamasında bildirib.
O qeyd edib ki, Google istifadəçilərin şəxsi məlumatlarının qorunması üçün əlavə tədbirlər görmək niyyətindədir: "Şirkətin bir sıra xidmətlərindəki yeni hesablarda bütün məlumatlar toplanandan 18 ay sonra avtomatik olaraq silinəcək”.
Piçainin sözlərinə görə, Google-a məxsus YouTube portalının hesablarından məlumat alındıqdan 36 ay sonra silinəcək. Bu müddət 18 və ya 3 aya endirilə bilər.
Qeyd edək ki, Google əvvəllər də özləri də bilmədən çox məlumat topladıqlarına görə istifadəçilərini dəfələrlə tənqid etmişdi.