"Google Plus” sosial şəbəkəsinin işinin dayandırılmasından iki il sonra axtarış nəhəngi "Keen” adlı başqa iddialı layihəsini istifadəyə verib. İstifadəçiləri onlayn maraqlarına görə birləşdirmək üçün hazırlanmış yeni xidmət süni intellekt tərəfindən seçilən tematik kartlar sisteminə əsaslanır.
Xezerxeber.az xarici KİV-lərə istinadən bildirir ki, "Area 120” startap-inkubatorunda hazırlanmış yeni sosial şəbəkənin interfeysi "lövhələr" (Keens) sistemi üzrə qurulub. Həmin "lövhələr”ə seçilmiş mövzular üzrə məqalə, şəkil və başqa məzmun bərkitmək və bundan sonra bu informasiyanı paylaşmaq və ya yalnız onu şəxsi baxış üçün saxlamaq olar. Maşın təliminə əsaslanan xidmətin daxili alqoritmi istifadəçilərə onların seçiminə əsasən kolleksiyaya əlavə etmək üçün avtomatik olaraq yeni elementlər təklif edəcək.
"Android” üçün mobil tətbiqetmə və ya yeni sosial şəbəkənin veb versiyasından istifadə edərək "Keen” sosial şəbəkəsinin bütün xüsusiyyətləri ilə tanış ola bilərsiniz. Tərtibatçılar "iOS” sistemi üçün mobil tətbiqin çıxarılacağı vaxtı açıqlamayıblar.