Xəzər Xəbər

İran yeni raketini sınaqdan keçirib

Texnologiya | 14:05 • 18 İyun 2020
İran yeni raketini sınaqdan keçirib

İranın Hərbi Dəniz Qüvvələri uzaq hədəfləri vurmaq üçün nəzərdə tutulan raketi uğurla sınaqdan keçirib.


Bu barədə İranın Müdafiə Nazirliyinin açıqlamasında deyilir.


Qeyd olunub ki, Hind okeanı və Oman körfəzində keçirilən hərbi təlimlər zamanı sınaqdan keçirilən yeni raketlə 280 kilometr məsafədəki hədəf dəqiqliklə vurularaq məhv edilib.


İran Silahli Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri parlamentin qapalı iclasında çıxış edərək ölkənin hərbi büdcəsinin artırılmasını istəyib. O bildirib ki, bölgədəki hərbi-siyasi vəziyyət nəzərə alınaraq hərbi büdcəyə əlavə vəsait ayırmaq lazımdır.

Xəbər lenti