XəzərXəbər bildirir ki, Facebook Pay və Mastercard ilə əməkdaşlıq çərçivəsində şirkət istifadəçilərə 7 gün 24 saat ərzində tətbiq vasitəsilə pul göndərmə imkanı yaradacaq.
Xatırladaq ki, əvvəlki məqələlərimizdən birində şirkətin sözügedən funksiya ilə bağlı çalışmalar həyata keçirdiyini xəbər vermişdik. Dünən isə şirkət artıq bu funksiyanı Braziliyadakı istifadəçilərin ixtiyarına verib. Belə ki, istifadəçilər tətbiq vasitəsilə dostlarına və ailələrinə pul göndərə və onlardan da pul qəbul edə bilirlər. Braziliyadakı Mastercard sahibləri də sözügedən funksiyadan yararlanan ilk istifadəçilərdir.
Pul göndərmə funksiyası ilə yanaşı istifadəçilər WhatsApp Business Application vasitəsilə şirkətlərə də ödəmə həyata keçirə biləcəklər. Bununla da kiçik biznes sahibləri asan ödəniş qəbul etmə imkanı əldə edəcəklər.
Mark Zuckerberg mövzu ilə bağlı açıqlamasında aşağıdakı ifadələrə yer verib:
"Bu gün Braziliyada WhatsApp istifadəçiləri üçün yeni ödəmə funksiyasını başladırıq. Şəkil göndərmək qədər asan bir funksiyadan söhbət gedir. Həmçinin bununla kiçik müəssisələrin WhatsApp vasitəsilə satış həyata keçirmələrini təmin etmiş oluruq. Sözügedən funksiyanı həyata keçirmək üçün etibarlı və təhlükəsiz vasitə hesab edilən Facebook Pay-dən istifadə edirik. Bu funksiyanın həyata keçməsinə görə bütün tərəfdaşlarımıza təşəkkür edirəm. Banco do Brasil, Nubank, Sicredi və Braziliyadanın qabaqcıl ödəmə operatoru Cielo da daxil olmaqla bir çox yerli bankla əməkdaşlıq edirirk. Pul göndərmə funksiyasını ilk dəfə Braziliyada tətbiq etsək də, yaxın zamanda digər ölkələrə də çatacağıq."